...

Vyetnam beynəlxalq uçuşlara koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətləri aradan götürür

Dünya xəbərləri Materials 14 Fevral 2022 07:13 (UTC +04:00)

Bakı. Trend:

Vyetnam fevralın 15-dən etibarən beynəlxalq uçuşlarda COVID-19 məhdudiyyətlərini aradan qaldırır.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, uçuşların sayında da heç bir məhdudiyyətlər olmayacaq.

Vyetnam pandemiyanın başlanğıcında sərt sərhəd nəzarəti tətbiq etdi, lakin bu, ümumi daxili məhsulun təxminən 10% -ni təşkil edən və hazırda sürətlə inkişaf edən turizm sektoruna zərbə vurdu.

Ölkənin Mülki Aviasiya Administrasiyasının direktor müavini Dinh Viet Son bildirib ki, artıq tərəfdaşlar bu yeniliklə bağlı məlumatlandırıb və hazırda yalnız Çin kommersiya uçuşlarının bərpasına razı olmayıb.

Vyetnamda pandemiya zamanı 2,5 milyon COVID-19-a yoluxma halı və 39 minə yaxın ölüm qeydə alınıb. Rəsmi məlumatlara görə, 98 milyonluq əhalinin təxminən 98%-i azı iki doza peyvənd alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti