...

Böyük Britaniya kral ailəsində daha bir nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 14 Fevral 2022 19:27 (UTC +04:00)
Böyük Britaniya kral ailəsində daha bir nəfər koronavirusa yoluxub

Bakı. Orxan Nəbiyev - Trend:

Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlzın həyat yoldaşı, Kornuoll hersoginyası Kamilla koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə şahzadə Çarlzın mətbuat xidməti bildirib.

Qeyd olunur ki, hazırda hersoginya Kamilla öznütəcrid rejiminə alınıb.

Qeyd edək ki, fevralın 10-da şahzadə Çarlzın ikinci dəfə koronavirusa yoluxduğu bildirilmişdi. O, 2020-ci ilin martında koronavirusu yüngül formada keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti