...

Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 5 ölü, 20-dən çox yaralı var (FOTO)

Dünya xəbərləri Materials 19 Fevral 2022 10:38 (UTC +04:00)
Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 5 ölü, 20-dən çox yaralı var (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Konya vilayətində turist avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 26 nəfər isə xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Qeyd olunur ki, qəzaya yolun buz bağlaması səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti