...

Ukrayna MTMŞ bir sıra partiyaların fəaliyyətini dayandırıb - Zelenski

Dünya xəbərləri Materials 20 Mart 2022 05:35 (UTC +04:00)
Ukrayna MTMŞ bir sıra partiyaların fəaliyyətini dayandırıb - Zelenski

Bakı. Trend:

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) hərbi vəziyyət dövründə bir sıra siyasi partiyaların hər hansı fəaliyyətini dayandırıb.

Trend-in "UNİAN"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

"MTMŞ hərbi vəziyyət dövründə bir sıra siyasi partiyaların hər hansı fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Söhbət "Müxalif Platforma - Həyat Naminə", "Şariya Partiyası", "Bizimkilər", "Müxalifət bloku", "Sol müxalifət", "Sol qüvvələrin ittifaqı", "Derjava", "Ukrayna Mütərəqqi Sosialist Partiyası", "Ukrayna Sosialist Partiyası", "Sosialistlər", "Vladimir Saldo Bloku" partiyalarından gedir", - deyə V.Zelenski bildirib.

Ədliyyə Nazirliyinə bu siyasi qüvvələrin fəaliyyətinin dərhal dayandırılması üçün tədbirlər görmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti