...

Ukrayna ilə danışıqlar ağır irəliləyir - Lavrov

Dünya xəbərləri Materials 23 Mart 2022 12:52 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna ilə danışıqlar ağır irəliləyir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya Qərb ölkələrinin Ukrayna ilə danışıqlarda vasitəçiliyinə qarşı deyil.

"Amma Moskvanın dəqiq vurğulanan qırmızı xətləri mövcuddur. Qərb Rusiyanı maksimum uzun müddət döyüş əməliyyatları vəziyyətində saxlamağa ümid edir", - nazir vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti