...

Türkiyədə ötən sutka koronavirusa 17 mindən çox yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 24 Mart 2022 06:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 84 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 301 014 nəfər test edilib, 17 161 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 20 309 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti