Bakı. Trend:
Almaniyada son sutka ərzində 318 387 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.
Trend-in məlumatına görə, bu barədə ölkənin Virusologiya İnstitutu bildirib.
Bundan əvvəlki antirekord, 297 845 yoluxma martın 18-də qeydə alınmışdı.
Bugünədək Almaniyada koronavirusa yoluxanların sayı 19,6 milyon nəfərə çatır.
Eyni zamanda, son sutka ərzində 300 nəfər koronavirusdan ölüb və bugünədək ölənlərin sayı 127 min nəfəri ötüb.