Bakı. Trend:
Almaniyanın yerli hakimiyyət orqanlarının artan enerji qiymətləri fonunda əhali üçün razılaşdırdığı dəstək paketi bu il 17 milyard avro təşkil edəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner Bundestaqda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dəstək proqramı 300 avro həcmində vergi endirimi, benzin və dizelə endirimlər, həmçinin hər bir uşaq üçün ailələrə 100 avro birdəfəlik ödəməni nəzərdə tutur. Bundan əlavə, ictimai nəqliyyat biletlərinin aylıq qiymətini 9 avro səviyyəsində müəyyən etmək təklif edilir.