Bakı. Trend:
Əfqanıstanın Herat şəhərində partlayış baş verib, nəticədə 2 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə tibb işçilərinə istinadən "Tolo News" telekanalı xəbər verib.
Telekanal bildirir ki, eyni zamanda 8 nəfər xəsarət alıb.
Bununla yanaşı, 1TV telekanalı qeyd edib ki, partlayışda 5 nəfər həyatını itirib, 29 nəfər isə xəsarət alıb.