...

Rusiya bir sıra ölkələrlə sadələşdirilmiş viza rejimini dayandırıb

Dünya xəbərləri Materials 4 Aprel 2022 15:46 (UTC +04:00)
Rusiya bir sıra ölkələrlə sadələşdirilmiş viza rejimini dayandırıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya bir sıra ölkələrlə sadələşdirilmiş viza verilməsi prosesini dayandırıb.

Trend-in məlumatına görə, prezident Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Yeni fərmana əsasən, Rusiya Avropa İttifaqı ölkələri, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza verilməsinin sadələşdirilməsi barədə sazişin bir sıra bəndlərinin icrasını dayandırır.

Bundan başqa, V.Putin Rusiya XİN-ə "dost olmayan ölkələr"in vətəndaşlarının Rusiyaya daxil olmasına fərdi məhdudiyyətlərin tətbiq edilməsini tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti