...

Britaniya Rusiyadan kömür və neft idxalından imtina etmək niyyətindədir

Dünya xəbərləri Materials 6 Aprel 2022 21:40 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya 2022-ci ilin sonuna qədər Rusiyadan kömür və neft idxalından imtina edəcək, daha sonra isə mümkün qədər qaz idxalından imtina etməyə çalışacaq.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"2022-ci ilin sonuna qədər Böyük Britaniya Rusiya kömürü və neftindən asılılığına son qoyacaq, bundan sonra isə mümkün qədər tez qaz idxalını dayandıracaq", - deyə XİN-dən bildirilib.

Eyni zamanda, qeyd edilib ki, gələn həftədən Böyük Britaniya vacib neft emalı avadanlığı və katalizatorların ixracını qadağan edəcək, bu, Rusiyanın neft hasili və ixracı imkanlarını azaldacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti