...

Dünyada elektrik avtomobillərin satışı iki dəfə artıb

Dünya xəbərləri Materials 12 Aprel 2022 15:54 (UTC +04:00)
Dünyada elektrik avtomobillərin satışı iki dəfə artıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə dünyada 4,6 milyon elektromobil satılıb ki, bu da 2020-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın "Nikkei" nəşri yazır.

Qeyd olunur ki, elektrik avtomobillərin satışı ən çox Avropa ölkələri və Çinin payına düşür.

Təkcə Çində ötən il 2,9 milyondan çox elektromobil satılıb. Bu, 2020-ci illə müqayisədə 2,6 dəfə çoxdur.

Eyni zamanda, 2021-ci ildə dünyada hibrid avtomobillərin satışı 35 faiz artaraq 3,1 milyona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti