...

Filippində "Meqi" tropik fırtınası nəticəsində ölənlərin sayı 172 nəfərə çatıb

Dünya xəbərləri Materials 17 Aprel 2022 08:49 (UTC +04:00)
Filippində "Meqi" tropik fırtınası nəticəsində ölənlərin sayı 172 nəfərə çatıb

Bakı. Trend:

Filippində 2,01 milyondan çox insan "Meqi" tropik fırtınasından zərər çəkib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın hesabatında deyilib.

Məlumata əsasən, hadisə nəticəsində 172 nəfər həlak olub.

Bildirilib ki, siklon doqquz rayona yayılıb. 395,9 mindən çox insan 909 təxliyyə məntəqəsinə köçürülüb, 33,4 min nəfər əvvəlcədən təxliyə edilib. 8 nəfər yaralanıb, 110 nəfər itkin düşüb.

Yenilənmiş məlumata görə, “Meqi” fırtınası nəticəsində 9,7 min evə ziyan dəyib, ilkin zərərin məbləği 709,5 min peso (13,5 min dollar) təşkil edib. 517 daşqın və 88 torpaq sürüşməsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti