Bakı. Trend:
Gürcüstanın 5,3 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatna görə, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 23:35-də Gürcüstanın Dmanisi bələdiyyəsinin İrqançay kəndi yaxınlığında qeydə alınıb.
Yeraltı təkanlar zəlzələnin episentrindən təxminən 80 km aralıda, Tbilisidə və Gürcüstanın digər şəhərlərində hiss olunub.
Dağıntılar barədə məlumat verilməyib.