...

Şri-Lankada etiraz aksiyalarında 1 nəfər ölüb, 200-dən çox şəxs yaralanıb

Dünya xəbərləri Materials 10 May 2022 11:10 (UTC +04:00)
Şri-Lankada etiraz aksiyalarında 1 nəfər ölüb, 200-dən çox şəxs yaralanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şri-Lankada baş vermiş kütləvi etiraz aksiyalarında bir polis əməkdaşı həlak olub, 200-dən çox şəxs yaralanıb.

Trend-in məlumatına görə, polis əməkdaşı yanında gözyaşardıcı qumbaranın partlamasından sonra xəstəxanada həyatını itirib.

Qeyd olunur ki, aksiyalarda xəsarət alanların sayı 210 nəfərə çatıb.

Xatırladaq ki, Şri-Lankada etiraz aksiyaları ötən gün baş nazir Mahinda Racapaksanın istefa verməsindən sonra başlayıb. Hökumətin istefası Şri-Lankada davam edən dərin iqtisadi böhran fonunda baş verib.

Ölkədə komendant saatının müddəti mayın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti