...

Xorvatiya parlamenti rəsmi məzənnə kimi avroya keçid haqqında qanunu təsdiqləyib

Dünya xəbərləri Materials 14 May 2022 00:12 (UTC +04:00)
Xorvatiya parlamenti rəsmi məzənnə kimi avroya keçid haqqında qanunu təsdiqləyib

Bakı. Trend:

Xorvatiya parlamenti avronun respublikada rəsmi məzənnə kimi dövriyyəyə buraxılması haqqında qanunu səs çoxluğu ilə təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, sözügedən qanunun lehinə 117 deputat, əleyhinə isə 13 deputat səs verib.

Qeyd edilir ki, avroya rəsmi keçid 2023-cü il yanvarın 1-nə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti