...

İsveç və Finlandiya NATO-ya üzvlük müraciətini rəsmi şəkildə təqdim edib

Dünya xəbərləri Materials 18 May 2022 10:26 (UTC +04:00)
İsveç və Finlandiya NATO-ya üzvlük müraciətini rəsmi şəkildə təqdim edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrin alyansa üzvlük müraciətini rəsmi şəkildə baş katib Yens Stoltenberqə təqdim edib.

Trend-in məlumatına görə, müraciətlərin təqdim olunması mərasimi NATO-nun rəsmi saytında canlı yayımlanıb.

Y.Stoltenberq NATO-nun ölkələrin üzvlük müraciətlərini alqışladığını deyib.

"Alyans bunun üçün lazım olan məsələlərin tezliklə həllini təmin edəcək", - NATO-nun baş katibi bildirib.

Xatırladaq ki, ötən gün İsveçin baş naziri Maqdalena Andersson hər iki ölkənin öz müraciətini mayın 18-də təqdim edəcəyini vurğulamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti