...

Ərdoğan Finlandiya prezidentini Türkiyənin milli təhlükəsizliyinə təhdidləri nəzərə almağa çağırıb

Dünya xəbərləri Materials 22 May 2022 00:25 (UTC +04:00)
Ərdoğan Finlandiya prezidentini Türkiyənin milli təhlükəsizliyinə təhdidləri nəzərə almağa çağırıb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.

Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli əlaqələri və Helsinkinin NATO-ya üzvlüklə bağlı müraciətini müzakirə ediblər.

R.T.Ərdoğan vurğulayıb ki, NATO üzrə müttəfiqlər üçün təhlükə yaradan terror təşkilatlarına məhəl qoymamaq dostluq və tərəfdaşlıq ruhuna ziddir.

Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyinə və əhalisinə açıq təhdidlərə qarşı qətiyyətli və qanuni mübarizəsinə hörmət etməyə çağırıb.

Onun sözlərinə görə, Ankaranın bu məsələdə dəstək gözləməyə haqqı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti