...

ÜST koronavirusun daha yoluxucu ştammlarının ortaya çıxacağını gözləyir

Dünya xəbərləri Materials 1 İyun 2022 02:39 (UTC +04:00)
ÜST koronavirusun daha yoluxucu ştammlarının ortaya çıxacağını gözləyir

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun indikilərdən daha yoluxucu olma ehtimalı olan yeni ştammlarının ortaya çıxacağını gözləyir.

Trend xəbər verir ki, bunu ÜST-nin eksperti Mariya van Kerkxove təşkilatın "Twitter" səhifəsində yayımlanan sual-cavab seansında deyib.

"Koronavirusun daha çox variantının müəyyən ediləcəyini və daha yoluxucu olma ehtimalını gözləyirik", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu ştammlarda yoluxma xəstəliyin daha ağır gedişinə gətirib çıxarıb-şıxarmıyacağını mütəxəssislər hələ bilmir.

Bununla bağlı ekspert hələ peyvənd olunmayan hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti