Bakı. Trend:
Rusiyada meşə yanğınlarının ümumi sahəsi sutka ərzində iki dəfə artaraq 16 390 hektara çatıb. Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, Rusiyada 8317 hektar sahədə 75 meşə yanğını tüğyan edib.
Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Federal Aviasiya Meşə Mühafizəsinin mətbuat xidməti məlumat yayıb/
"2022-ci il iyunun 14-də son sutka ərzində Rusiyada 4189 hektar sahədə 65 meşə yanğını söndürülüb. 15 iyun 2022-ci il Moskva vaxtı ilə saat 00:00-a olan məlumata görə, Rusiya Federasiyasının ərazisində 16 390 hektar sahədə 61 meşə yanğını baş verib və onlar aktiv şəkildə söndürülüb", - qurumun məlumatında bildirilir.
Ən güclü yanğınlar Yakutiyada müşahidə olunur. Burada yanğın sahəsi demək olar ki, üç dəfə artaraq 6277 hektara çatıb.
Ümumilikdı, yanğınların aradan qaldırılmasına 2138 nəfər, 293 texnika, 111 müşahidə və 48 ədədi bilavasitə söndürülməyə cəmi 159 təyarrə nəfər cəlb olunub.