...

Conson ilə Makron Ukraynaya hərbi yardımı fəallaşdırmaq barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 26 İyun 2022 16:38 (UTC +04:00)
Conson ilə Makron Ukraynaya hərbi yardımı fəallaşdırmaq barədə razılığa gəliblər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi yardım göstərilməsi səylərini fəallaşdırmaq barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti bildirib.

"Baş nazir Conson və prezident Makron Ukraynanı gücləndirmək üçün ona dəstək verilməsinin vacibliyini vurğulayıblar. Makron baş nazirin Ukraynaya davamlı hərbi dəstəyini alqışladı, liderlər bu işi fəallaşdırmaq barədə razılığa gəliblər", - deyə qeyd olunub.

Bundan əlavə, liderlər London və Paris arasında müdafiə və təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlığı davam etdirmək və gücləndirmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti