...

Şri-Lankada etirazçılar baş nazirin iqamətgahını yandırıblar

Dünya xəbərləri Materials 9 İyul 2022 21:01 (UTC +04:00)
Şri-Lankada etirazçılar baş nazirin iqamətgahını yandırıblar

Bakı. Trend:

Şri-Lankada daha əvvəl baş nazirin iqamətgahının ərazisinə daxil olan etirazçılar hökumət binasını yandırıblar.

Trend-in məlumatına görə, bu barədə "News First" xəbər portalı bildirib.

Qeyd edək ki, bu gün minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar Rajapaksa iqamətgahına daxil olublar. 30-dan çox insan yaralanıb.

Etirazlar fonunda Çandra Vikramasinqhe vəzifəsini tərk etməyə razılaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti