Bakı. Trend:
Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi işləri naziri Robert Habek koronavirusa yoluxub.
Trend xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinə istinadən "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
Məlumata əsasən, nazirin ekspress və PSR testlərinin nəticələri müsbət çıxıb.
Qeyd edilir ki, onun bütün səfərləri ləğv edilib, lakin nazir öz vəzifəsini məsafədən həyata keçirməyə davam edir.