Bakı. Trend:
Ötən gün Türkiyənin Muğla vilayətində başlamış meşə yanğını nəzarət altına alınıb.
Trend-in məlumatına görə, bunu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.
O bildirib ki, hazırda yanğın sahəsində soyutma işləri aparılır.
Nazirin sözlərinə görə, yanğın nəticəsində 300 hektar meşə və 400 hektara yaxın əkin sahəsinə ziyan dəyib.
22 nəfər tüstünün təsirindən zəhərlənərək xəstəxanaya yerləşdirilib, ümumilikdə 3,5 mindən çox sakin təxliyə edilib.
Nazir əlavə edib ki, yanğının söndürülməsində 1 PUA, 12 təyyarə, 29 helikopter və çox sayda digər texnika, 2 mindən çox personal iştirak edib.