...

Səudiyyə Ərəbistanı bütün aviaşirkətlər üçün hava məkanını açacaq

Dünya xəbərləri Materials 15 İyul 2022 05:31 (UTC +04:00)
Səudiyyə Ərəbistanı bütün aviaşirkətlər üçün hava məkanını açacaq

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığın Mülki Aviasiya Baş İdarəsinin tələblərinə cavab verən bütün aviaşirkətlər üçün öz hava məkanını açmağa qərar verib.

Trend-in məlumatına görə, bu barədə İdarənin "Twitter" səhifəsində yazılıb.

"Krallığın üç qitəni birləşdirən qlobal qovşaq kimi mövqeyini gücləndirmək və beynəlxalq hava nəqliyyatını yaxşılaşdırmaq üçün Krallığın Mülki Aviasiya Baş İdarəsi öz hava məkanını uçuş orqanının tələblərinə cavab verən bütün hava daşıyıcıları üçün açmaq qərarı elan edir", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti