...

Fransanın 38 departamentində "narıncı" hava xəbərdarlığı elan edilib

Dünya xəbərləri Materials 16 İyul 2022 21:19 (UTC +04:00)
Fransanın 38 departamentində "narıncı" hava xəbərdarlığı elan edilib

Bakı. Trend:

Fransada isti hava səbəbindən ölkənin 38 departamentində "narıncı" hava xəbərdarlığı elan edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin "Meteo-Frans" milli meteorologiya xidməti bildirib.

Bir gün əvvəl belə bir xəbərdarlığı 16 departament alıb.

Məlumata əsasən, isti havanın yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırır. Bazar günü ölkənin cənub-şərqinin bəzi rayonlarında temperaturun 40 dərəcəyə çatacağı gözlənilir. Bütövlükdə ölkə ərazisində 30 dərəcədən çox isti olacaq.

Gələn bazar ertəsi Fransada indiyə qədər qeydə alınan ən isti gün ola biləcəyi ehtimal edilir. Ölkənin cənub-qərbində havanın temperaturu bəzi yerlərdə 42 dərəcəyə çatacaq.

Xəbər lenti

Xəbər lenti