...

Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 24 İyul 2022 07:30 (UTC +04:00)

Bakı. Trend:

Çinin Tayvan adasında burada qəbul edilən 7 ballıq cədvəl üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə yerli seysmologiya xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri sahil xətti yaxınlığında, Taiydun şəhərindən 65,8 km şimal-şərqdə, ocağı isə 29,6 km dərinlikdə yerləşib.

Dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti