...

Kanadada atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 25 İyul 2022 23:42 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Britaniya Kolumbiyası əyalətində naməlum şəxs evsizlərə atəş açıb.

Trend-in məlumatına görə, silahlı insidentin Vankuver yaxınlığındakı Lenqli şəhərində səhər saatlarında baş verdiyi bildirilir. Yerli hakimiyyət fövqəladə vəziyyət elan edib.

Kanada polisinin sözçüsü atışma zamanı bir neçə nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, ölənlər evsizlər olub.

Atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti