...

Bayden məzuniyyətə çıxıb

Dünya xəbərləri Materials 11 Avqust 2022 04:14 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden bu gün Vaşinqtonu tərk edib və ailəsi ilə birlikdə ən azı bir həftə qalmağı planlaşdırdığı Cənubi Karolinaya yollanıb.

Trend xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Ağ Ev C.Baydenin məzuniyyət cədvəli, planları və ya Vaşinqtona qayıtma tarixi barədə ətraflı məlumat verməyib, lakin Federal Aviasiya Administrasiyasının məlumatına görə, ABŞ prezident və ailəsi çərşənbə axşamına qədər Kiava adasında qalmağı planlaşdırır.

Kiava özəl çimərlikləri və qolf kurortu ilə tanınır.

Xatırladaq ki, 2021-ci ildə C.Bayden Konqresin işi, koronavirusa yoluxma hallarının artması və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması səbəbindən tam məzuniyyətə çıxa bilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti