...

NATO-nun baş katibi Kanadaya səfər edəcək

Dünya xəbərləri Materials 20 Avqust 2022 00:28 (UTC +04:00)
NATO-nun baş katibi Kanadaya səfər edəcək

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq avqustun 24-də Kanadaya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidmətindən bildirilib.

"Baş nazir Castin Trüdo bu gün NATO-nun baş katibi Yens Stoltenberqin avqustun 24-dən 26-dək Kanadaya səfər edəcəyini açıqlayıb", - deyə mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Alyansın rəhbəri Kanadanın hərbi bazalarının yerləşdiyi Edmonton, Kold-Leyk və Kembric-Bey şəhərlərinə səfər edəcək.

Qeyd edilir ki, C.Trüdo və Y.Stoltenberq Avro-Atlantik təhlükəsizlik məsələlərini və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti