Bakı. Trend:
Bu gün yerli vaxtla səhər saat 06:00 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Şuştər rayonunda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, bunu İranın Şuştər rayonu təcili yardım idarəsinin rəsmisi Arif Şərəhani deyib.
A.Şərəhaninin sözlərinə görə, qəzada 16 nəfər ölüb. Ölənlərin 10-u qadın, 6-sı isə kişidir. Həmçinin qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar xəstəxanalara köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.