...

Avropada hidrogen yanacağı bazarı formalaşdırılacaq

Dünya xəbərləri Materials 14 Sentyabr 2022 12:46 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası Aİ-də hidrogen yanacağı bazarının yaradılmasına 3 milyard avro vəsait ayıracaq.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O bildirib ki, Avropa İttifaqında ənənəvi və alternativ mənbələrdən elektrik enerjisi istehsalı qiymətlərinin fərqləndirilməsi üçün enerji bazarının islahatı aparılacaq.

"Hidrogen Avropada oyunun qaydalarını dəyişə bilər. Biz hidrogen iqtisadiyyatımızı kütləvi bazar səviyyəsinə çıxarmalıyıq. Biz Avropa hidrogen bankı yaradacağıq. Gələcəkdə hidrogen bazarının yaradılmasına 3 milyard vəsait ayrılacaq", - Ursula fon der Lyayen deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti