...

İranda aksiyalar zamanı bir polis ölüb, dördü yaralanıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2022 11:07 (UTC +04:00)

Bakı. Trend:

Ötən gecə İranın cənubunda yerləşən Şiraz şəhərində keçirilən etiraz aksiyasında bir polis əməkdaşı ölüb, dördü yaralanıb.

Trend-in məlumatına görə, Məhsa Əmininin ölümü ilə əlaqədar Şiraz şəhərində keçirilən etiraz aksiyasında aksiyaçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Bəzi etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilib. O, şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti