...

Türkiyə ordusu İraqda 3 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 22 Sentyabr 2022 00:15 (UTC +04:00)
Türkiyə ordusu İraqda 3 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının 3 silahlısını zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

"Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terror təhlükəsini aradan qaldırmaq üçün addımlarını davam etdirir. "Pençe" və "Pençe-Kilit" antiterror əməliyyatı zonalarında 3 PKK silahlısı zərərsizləşdirilib. Qəhrəmanların qanı yerdə qalmayacaq!", - deyə paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl İraqın şimalında bir Türkiyə hərbçisinin həlak olması və ikisinin yaralanması ilə bağlı məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti