...

İranda etiraz aksiyalarında 17 nəfər ölüb

Dünya xəbərləri Materials 23 Sentyabr 2022 18:59 (UTC +04:00)
İranda etiraz aksiyalarında 17 nəfər ölüb

Bakı. Trend:

Ötən günlərdə İranda keçirilən etiraz aksiyalarında 17 vətəndaş və polis əməkdaşı ölüb.

Trend-in məlumatına görə, bu haqda İranın dövlət televiziyası məlumat yayıb.

Ölkədə baş verən etirazlarda 95 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilir. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti