...

Parisdə dünyanın ən böyük ərzaq bazarlarından birində yanğın başlayıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 18:37 (UTC +04:00)
Parisdə dünyanın ən böyük ərzaq bazarlarından birində yanğın başlayıb

Bakı. Trend:

Parisdə "Ryunji" ərzaq bazarında güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Qeyd olunub ki, bu, dünyanın ən böyük belə bazarlarından biridir, orada 12 mindən çox insan çalışır.

Fransanın paytaxtına və ətraf rayonlara məhsullar məhz "Ryunji" bazarından gətirilir. Orada meyvə-tərəvəz, ət, süd məhsulları, gül və s. satılır.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Yerli hakimiyyət yanğının qarşısının alındığını bildirib. Ehtimal olunur ki, yanğın tərəvəz və meyvə anbarında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti