Bakı. Trend:
İraqın şimalında terror təşkilatının üzvlərinin açdığı atəş nəticəsində Türkiyə ordusunun əsgəri Mustafa Öztürk şəhid olub, üç əsgər isə yaralanıb.
Trend xəbər verir ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, ötən gün İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi minanın partlaması nəticəsində şəhid olub.