...

İranda SEPAH-ın zabiti öldürülüb

Dünya xəbərləri Materials 18 Noyabr 2022 22:01 (UTC +04:00)
İranda SEPAH-ın zabiti öldürülüb

Bakı. Trend:

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin zabiti cümə günü İslam Respublikasının qərbindəki Kirmanşah əyalətində baş verən hücumda öldürülüb.

Trend xəbər verir ki, bu barədə Sahne şəhərinin administrasiyasının başçısına istinadən "IRNA" agentliyi məlumat yayıb.

Şəhər administrasiyasının başçısının sözlərinə görə, cümə günü axşam saatlarında bir neçə etirazçı təhlükəsizlik qüvvələrinə hücum edib. İnsident nəticəsində SPEAH-ın kəşfiyyat xidmətinin zabiti həlak olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənləri həbs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti