...

İranda İslam inqilabından sonra heç bir etiraz aksiyası indiki qədər davam etməyib - Maşallah Rəzmi

Dünya xəbərləri Materials 30 Noyabr 2022 12:47 (UTC +04:00)
İranda İslam inqilabından sonra heç bir etiraz aksiyası indiki qədər davam etməyib - Maşallah Rəzmi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İranda İslam inqilabından sonra heç bir etiraz aksiyası indiki nümayişlər qədər uzun müddət davam etməyib.

Trend-in məlumatına görə, bunu Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçisi, tarixçi-tədqiqatçı Maşallah Rəzmi bu gün keçirilən “Urmu gölünün harayı” adlı dəyirmi masada çıxış edərkən bildirib.

“İrandakı vəziyyət çıxılmaz bir hal alıb. Bu etiraz müvəqqəti olaraq sakitləşdirilsə belə, yenidən daha güclü şəkildə baş qaldıracaq", - M.Rəzmi deyib.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və sairəni əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti