...

Rusiyada yaşayış binasının 2 mərtəbəsi çöküb, ölənlər var

Dünya xəbərləri Materials 4 Dekabr 2022 19:11 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış evinin 2 mərtəbəsi çöküb.

Trend xəbər verir ki, bu barədə bazar günü "TASS"a təcili xidmətlərdəki mənbə məlumat verib.

Məlumata əsasən, hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

İnsidentdən sonra binadan 52 nəfər təxliyə edilib.

Hazırda hadisə yerində dağıntıların təmizlənməsi üzrə işlər görülür.

Qeyd edilir ki, binanın 2 mərtəbəsinin çökməsinə səbəb qaz sızması nəticəsində baş verən partlayış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti