Bakı. Trend:
İrəvan Ermənistanın Azərbaycana qarşı sentyabr təxribatı zamanı məhv edilən erməni hərbçilərinin yeni sayını açıqlayıb.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin yeni məlumatlarına görə, 224 hərbçi həlak olub.
Bundan əvvəl oktyabrın sonunda 201 hərbçinin öldüyü açıqlanmışdı. Dekabrın əvvəlində parlamentin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan 233 erməni əsgərinin məhv edildiyini bildirmişdi.