Bakı. Trend:
Çin iki ABŞ vətəndaşına sanksiya tətbiq edib.
Trend xəbər verir ki, bu addım Çinin Tibet Muxtar Bölgəsində insan haqlarının pozulması ilə bağlı ABŞ-ın iddialarına cavab olaraq atılıb.
Sanksiya tətbiq edilənlər ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun xarici siyasət üzrə müşaviri vəzifəsində çalışmış Yuy Maoçun və ABŞ Konqresinin Çin üzrə İcraiyyə Komitəsinin kadrlar üzrə direktor müavini Todd Steyndir.
Xatırladaq ki, ABŞ dekabrın 9-da Tibetdə insan haqlarının pozulduğunu əsas gətirərək iki Çin rəsmisinə qarşı sanksiya tətbiq etmişdi.