...

Ankara və Praqa müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər

Dünya xəbərləri Materials 18 Yanvar 2023 05:54 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Praqada Çexiyanın baş naziri Petr Fiala ilə görüşüb.

Trend-in məlumatına görə, danışıqlar zamanı H.Akar iki ölkə arasında ilk növbədə müdafiə sənayesi və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyəli nazir Çexiyanın aparıcı müdafiə müəssisələrindən olan "Omnipol"da olub. Naziri Türkiyənin Praqadakı səfiri Egemen Bağış müşayiət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti