...

İsrailin baş naziri Şərqi Yerusəlimdəki terror aktından sonra təcili tədbirlər elan edib

Dünya xəbərləri Materials 28 Yanvar 2023 09:31 (UTC +04:00)

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu Şərqi Yerusəlimdə 7 nəfərin həlak olduğu terror aktından sonra təcili tədbirlər barədə qərar qəbul etdiyini bildirib.

Trend bu barədə "İnterfaks"a istinadən məlumat verir.

Baş nazir jurnalistlərə təhlükəsizlik sahəsində qiymətləndirmə apardığını və "bu gecədən etibarən təcili tədbirlər" haqqında qərar qəbul etdiyini bildirib.

Baş nazir təfərrüatları açıqlamaqdan imtina edərək İsrailin qətiyyətlə və soyuqqanlı hərəkət edəcəyini deyib.

Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub, ölən və yaralananlar var. Silahl hücumda 7 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti