...

İranda baş verən güclü zəlzələ nəticəsində 3 nəfər ölüb, xəsarət alanların sayı 816-ə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 29 Yanvar 2023 10:55 (UTC +04:00)
İranda baş verən güclü zəlzələ nəticəsində 3 nəfər ölüb, xəsarət alanların sayı 816-ə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadeq Motəmedian jurnalistlərə açıqlamasında deyib.

M.Motəmedianın sözlərinə görə, yaralılardan 60 nəfəri Xoy rayonu xəstəxanalarında, 64 nəfəri isə Salmas rayonu xəstəxanalarında müalicə alırlar. Qalan yaralılar isə müalicə olunaraq evə buraxılıb.

Qeyd edək ki, ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 7 km dərinlikdə 5,9 bal gücündə zəlzələ baş verib. Xoy rayonunda indiyədək 35 yeraltı təkan qeydə alınıb.

XXX

09:52

Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində indiyədək yaralananların sayı 644 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Fövqəladə Halların İdarə Olunması Təşkilatının sədri Məhəmməd Həsən Nami deyib.

M.Naminin sözlərinə görə, hazırda yaralılar xəstəxanalarda müalicə olunurlar və əksəriyyəti müalicədən sonra buraxılıb.

Nami əlavə edib ki, Xoy rayonunun eyniadlı şəhərinin bəzi hissələrinə və təxminən 70 kəndinə xəsarət dəyib. Kəndlərdəki evlərdə 60%-dək dağıntılar qeydə alınıb.

Təşkilat rəsmisi bildirib ki, Xoy rayonunda zəlzələdə ölənlərin sayı ilkin saatlarda 3 nəfər elan olunmuşdu. Lakin bu sayda ölüm halı təsdiqlənməyib. Sadəcə 2 nəfərin ölməsi təsdiqlənib.

Qeyd edək ki, ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 7 km dərinlikdə 5,9 bal gücündə zəlzələ baş verib. Xoy rayonunda indiyədək 35 yeraltı təkan qeydə alınıb.

XXX

06:22

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 580 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

XXX

03:17

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 447 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

XXX

01:11

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 307 nəfər yaralanıb.

Trend xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Moctaba Xaledi bildirib.

Onun sözlərinə görə, dağıntıların çox olduğuna görə, ölü və yaralıların sayının artacağı ehtimal olunur.

Xaledi deyib ki, bölgədə qaranlıq olduğu üçün xilasetmə işləri ləngiyir.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

XXX

00:21

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində çox sayda insan xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əmir Abbas Cəfəri deyib.

Ə.Cəfərinin sözlərinə görə, hələlik ölüm halı qeydə alınmayıb.

Ə.Cəfəri əlavə edib ki, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan vilayətlərinin xəstəxanaları hazır vəziyyətə gətirilib.

O qeyd edib ki, Xoy rayonunda zəlzələ nəticəsində çoxlu dağıntılar qeydə alınıb və bəzi bölgələrdə elektrikin verilişi dayandırılıb.

Onun sözlərinə görə, təxminən 2 saat öncə rayonda qar yağmağa başlayıb.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti