...

Brüssel metrosunda sərnişinlərə bıçaqla hücum edən şəxs 3 nəfəri yaralayıb

Dünya xəbərləri Materials 31 Yanvar 2023 04:09 (UTC +04:00)
Brüssel metrosunda sərnişinlərə bıçaqla hücum edən şəxs 3 nəfəri yaralayıb

Bakı. Trend:

Bazar ertəsi axşam saatlarında Brüssel metrosunun "Şuman" stansiyasında bıçaqla silahlanmış şəxs sərnişinlərə hücum edib.

Trend Belçika KİV-lərinə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 3 nəfər xəsarət alıb.

Məlumata əsasən, silahlı şəxs vaqonda insanlara hücum edib, daha sonra stansiya platformasında hücumunu davam etdirib.

O, dəmiryol polisi tərəfindən saxlanılıb.

Hadisə nəticəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb, insanlar stansiyadan təxliyə edilib.

Bu mərhələdə prokurorluq terror aktı versiyasını istisna edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti