...

İranda daha bir zəlzələ olub: xəsarət alanlar var

Dünya xəbərləri Materials 4 Fevral 2023 09:29 (UTC +04:00)
İranda daha bir zəlzələ olub: xəsarət alanlar var
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün (4 fevral) yerli vaxtla 06:15 radələrində İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunda 4,7 bal gücündə zəlzələnin baş verməsi nəticəsində indiyədək 3 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Kirmanşah vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əfşin Yegane deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Yegane əlavə edib ki, zəlzələ nəticəsində dəyən xəsarətin dəyərləndirilməsi ilə əlaqədar araşdırmalar aparılır.

Qeyd edək ki, 28 yanvarda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda saat 21:00 radələrində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1 167 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti