...

ABŞ-da 50 yük qatarı vaqonu relsdən çıxıb

Dünya xəbərləri Materials 5 Fevral 2023 07:26 (UTC +04:00)
ABŞ-da 50 yük qatarı vaqonu relsdən çıxıb

Bakı. Trend:

ABŞ-ın Ohayo ştatında dəmir yolunda qəza baş verib, 141 yük qatarı vaqonundan 50-si relsdən çıxıb. Onlardan 20-si təhlükəli maddələr daşıyıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nümayəndəsi Maykl Qrem bildirib ki, “vaqonlar relsdən çıxandan sonra onlar yanmağa başlayıb”.

Onun sözlərinə görə, yanan vaqonlardan 14-də müxtəlif plastik məmulatlarda istifadə olunan vinilxlorid olub.

"Hazırda biz hansı təhlükəli material daşındığı vaqonlarının, əgər varsa, zədələndiyini yoxlamaq üçün çalışırıq", - deyə M.Qrem deyib.

Xəbər lenti

Xəbər lenti