...

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 430-a çatıb

Dünya xəbərləri Materials 6 Fevral 2023 18:18 (UTC +04:00)
Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 430-a çatıb

Bakı. Trend:

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 430-a çatıb.

Trend-in məlumatına görə, bu barədə Suriyanın Səhiyyə İşlər Nazirliyi öz Facebook səhifəsində bildirib.

Məlumatda 1300-dən çox insanın xəsarət aldığı, qeyd olunan rəqəmlərin yekun olmadığıbildirilib.

Səhiyyə Nazirliyindən, həmçinin, zəlzələ təkanlarının, əsasən, Aleppo, Latakiya, Tartus və Həma əyalətlərinin payına düşdüyü qeyd edilib.

Suriyanın Dəməşqin nəzarətində olmayan ərazilərində həlak olanlar, xəsarət alanlar və dağıntılar haqqında təsdiqlənmiş məlumat yoxdur. Lakin Al Jazeera telekanalının məlumatına görə, ölkənin silahlı müxalifətçilərin nəzarətində olan şimal rayonlarında təbii fəlakət nəticəsində 380-dən çox insan həlak olub, mindən yuxarı insan xəsarət alıb.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1121 nəfər həyatını itirib, 7 634 nəfər yaralanıb, 2 834 bina dağılıb.

Zəlzələ Suriyada da dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti