...

14 ölkədən gələn şəxsi heyət Türkiyədə zəlzələ bölgələrində xilasetmə işləri aparır

Dünya xəbərləri Materials 7 Fevral 2023 12:49 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

14 ölkədən gələn şəxsi heyət Türkiyədə zəlzələ bölgələrində xilasetmə işləri aparır.

Trend-in məlumatına görə bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib.

"14 ölkədən gələn 3294 şəxsi heyət hazırda zəlzələ bölgələrində xilasetmə işləri aparırlar", - deyə o əlavə edib.

Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3419 nəfərə, yaralıların sayı isə 20534 nəfərə çatıb. 8 mindən çox şəxs dağıntılar altından xilas edilib.

Türkiyədə 7 günlük matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti